"Qarabağ"la oyundan əvvəl pis vəziyyətdən bu cür çıxdılar - VİDEO

19 Fevral 2024 13:40 Hadisə 863
"Qarabağ"la oyundan əvvəl pis vəziyyətdən bu cür çıxdılar - VİDEO

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu kollektiv XXII turda "Farense"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. "Braqa"nın qollarını 62-ci dəqiqədə Simon Banza, 85-ci dəqiqədə Çer Ndur vurublar. Qonaqların heyətində Mohamed Bellumi 74-cü dəqiqədə fərqlənib.

"Braqa" 43 xalla 4-cü, "Farense" 26 xalla 9-cu pillədə qərarlaşıb.

"Qarabağ" pley-off mərhələsinin ilk oyununda səfərdə qələbə qazanıb - 4:2. Cavab görüşü fevralın 22-də reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"