COP29

9 yaşında Xocalını ayaqyalın tərk etdi, böyük qız oldu, qayıtdı! - VİDEO

26 Fevral 12:50 Hadisə 483
9 yaşında Xocalını ayaqyalın tərk etdi, böyük qız oldu, qayıtdı! - VİDEO

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 32 il ötür.

Bu dəfə əvvəlki illərdən fərqli olaraq artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır.

İndi Xocalıda həyat dirçəlir. İllərlə həmin gecəni unuda bilməyən, gözləri yollarda qalan Xocalı sakinləri öz doğma yurdlarına qayıdır, həmin torpaqlarda inamla addımlayırlar.

Onlardan biri də 32 il öncə, 9 yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Ləfxanımdır (Lətifxanım).

ARB telekanalı Sevinc Çılğının ssenarisi və İlham Yaşaroğlunun rejissorluğu ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş videoçarx hazırlayıb.

Onunla Milli Qəhrəman Çingiz Mustafayevin söhbətindən fraqmentlər əks olunan videoçarxı təqdim edirik:

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"