COP29

AFFA bu şəhərdə belə bir iş gördü, yerli komandanın canı dincəldi - FOTO

6 May 19:40 Hadisə 2 984
AFFA bu şəhərdə belə bir iş gördü, yerli komandanın canı dincəldi - FOTO

Mingəçevirli futbolsevərlərin üzləri gülür.

Nur şəhərində xeyli vaxtdır nəzərdə tutulan süni örtüklü meydançanın inşasına başlanıb.

Bu ilin əvvəlində torpağı və asfaltı döşənən köməkçi meydança artıq “sintetika”sına da qovuşub. Ən qısa zamanda istifadəyə veriləcəyi gözlənilir.

Arena Gənclər və İdman Nazirliyinin balansında olsa da, çəkilən xərcləri AFFA qarşılayıb.

Mingəçevir şəhər stadionunun əsas meydanı təbii ot olaraq qalacaq. Bu günə qədər bütün yaş qrupları, eləcə də qızlardan ibarət komandalar mıəşqlərini orada keçirdilərsə, yeni meydançanın istifadəyə verilməsindən sonra “sintetika”ya köçəcəklər.

Hətta qış aylarında əsas sahə yararsız hala düşəcəyi halda, “Mingəçevir” də rəqiblərini orada qəbul edəcək. Bunun üçün 500 nəfərlik tribunanın inşası da nəzərdə tutulub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq