COP29

Keçmiş baş nazirin idmançı kürəkəni bu VİDEO ilə diqqət mərkəzinə düşdü

8 May 09:40 Hadisə 871
Keçmiş baş nazirin idmançı kürəkəni bu VİDEO ilə diqqət mərkəzinə düşdü

Tanınmış muğam ifaçısı Pərviz Qasımov yeni görüntüsü ilə gündəmə gəlib.

İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında birinci yerə çıxmış sənətçi fərqli görkəmdə kameraya tuş gəlib.

Avropa çempionu olmuş atlet podium geyimində mahnı ifa edib.

Sevincini bölüşən məşhur "Azərbaycanım" mahnısını oxuyub.

Onun üzərində üst geyimi olmadığı halda belə musiqi ifa etməsi birmənalı qarşılanmayıb Qasımovun kadrları sosial şəbəkələrdə sürətlə yayılıb və ona çoxsaylı rəylər gəlib.

İdmançı həmçinin Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərindəndir.

Sözügedən sənətçinin keçmiş baş nazir Novruz Məmmədovun kürəkəni olmasını xatırladaq. O, Novruz Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir.

N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.

SPORTİNFO.AZ

" target="_blank">VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti