Tanınmış ikiqat Avropa çempionu müharibədə həlak oldu

8 May 2024 08:40 Hadisə 1 078
Tanınmış ikiqat Avropa çempionu müharibədə həlak oldu

Ağır atletika üzrə ikiqat Avropa çempionu, ukraynalı Aleksandr Peleşenko ölkəsində Rusiya ordusuna qarşı gedən müharibədə həlak olub.

Sportinfo.az xəbər verir ki, bu haqda Ukrayna millisinin baş məşqçisi Viktor Slobodyanyuk məlumat yayıb.

30 yaşlı Peleşenko 2022-ci ilin fevralında başlayan müharibənin ilk günlərindən Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb.

Aleksandr Peleşenko 2016 və 2017-ci illərdə 85 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. 2016-cı ildə Rioda keçirilən Olimpiya Oyunlarında dördüncü yeri tutub.

2018-ci ilin aprelində Peleşenko dopinqdən istifadə etdiyinə görə 2026-cı ilə qədər yarışlardan kənarlaşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...