Tanınmış futbol adamı region təmsilçisində mühüm vəzifəyə gətirildi

17:40 Hadisə 251
Tanınmış futbol adamı region təmsilçisində mühüm vəzifəyə gətirildi

Bu gün «İmişli»də yeni təyinat gerçəkləşib.

Uşaq futboluna diqqəti artıran klub rəhbərliyi Rövşən Babayevi görəvə gətirib.

O, akademiyanın baş koordinatoru təyin olunub. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 1 ildir.

Premyer Liqada ikinci ilini keçirməyə hazırlaşan region klub təcrübəli mütəxəssisin qarşısında xüsusi vəzifə qoyub - o, bütün yaş qrupları üzrə komandaların yaradılmasında və formalaşdırılmasında iştirak etməlidir.

Həmçinin məşqçi və futbolçuların seçimi ona tapşırılıb.

R.Babayev bu sahənin bilicilərindəndir. İllərini uşaq futboluna vermiş azsaylı şəxslərdəndir.

İndiyədək bir çox yerdə fəaliyyət göstərib, üzə çıxardığı istedadlarla tanınıb. Son 7-8 ilini isə «Səbail»də keçirib, burada müxtəlif vəzifələri yerinə yetirib.

SPORTİNFO.AZ

"Səbəb şanssızlıqdır" - Rövşən Babayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti