Azərbaycanlı hücumçunun 3 mərtəbəli villası müsadirə olundu

11 İyun 09:20 Hadisə 1 217
Azərbaycanlı hücumçunun 3 mərtəbəli villası müsadirə olundu

İran millisinin və "Persepolis"in keçmiş hücumçusu Əli Kəriminin aktivlərinin daha bir hissəsi müsadirə olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə İslam Respublikasının məhkəmə media orqanı olan "Mizan" məlumat yayıb.

Əslən azərbaycanlı forvarda məxsus yeni mülklər müəyyən edilib və onların müsadirə edilməsi barədə qərar verilib:

"Əli Kərimiyə məxsus olduğu müəyyən edilən mülk, Gilan əyalətinin Lahican şəhərində 1150 kvadratmetr sahəsi və 600 kvadratmetr açıq sahəsi olan 3 mərtəbəli villadır".

Əvvəllər Əli Kərimiyə məxsus iki ticarət və dörd yaşayış binası ələ keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!