Ötən mövsüm “Şəfa”nın heyətində parlaq oyun sərgiləyən Nahid Əliyev Premyer Liqa təmsilçilərinin diqqət mərkəzinə düşüb.
Azərbaycanın U-21 millisinin şərəfini qoruyan universal futbolçu iki klubdan təklif alıb.
Bunlar “Şamaxı” və “İmişli”dir.
Hər iki klub əslən Tovuzdan olan 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Nahidin “Şəfa” ilə müqaviləsinin müddəti başa çatdığından, həm son klubundan, həm də digərlərindən təklif alıb.
Sürəti və dəqiq zərbələrinə görə seçilən Əliyev hələ ki, seçim etməyib.
Maraq üçün bildirək ki, səbəbkar Tovuzda anadan olsa da, futbolda ilk addımlarını Rusiyada atıb, “Zenit”in aşağı yaş qruplarından ibarət komandalarında oynayıb.
HƏBİB / SPORTİNFO.AZ

