"Azərbaycan futbolunun inanılmaz potensialı var" - VİDEO

17:40 Hadisə 127
"Azərbaycan futbolunun inanılmaz potensialı var" - VİDEO

"Azərbaycan futbolunun inanılmaz potensialı var".

Bu sözləri "Sportinfo TV"yə açıqlamasında türkiyəli güc və kondisioner məşqçisi Türker Bıyıklı deyib.

Bilindiyi kimi, bugünlərdə paytaxtımızda “Football Conference Baku” tədbiri keçirildi. Xarici qonaqların da qatıldığı törən futbol sənayesinin müxtəlif istiqamətlərini əhatə edən müzakirələrlə yadda qaldı.

İki gün davam edən konfransda futbolun inkişaf prioritetləri, federasiya və klub səviyyəsində idarəetmə modelləri, gənc futbolçuların inkişafı və uzunmüddətli strategiyalar müzakirə edildi.

Sessiyalarda müasir futbolun ən aktual mövzularından olan skautinq və transfer siyasəti, oyunçu seçimi prosesləri və transfer bazarındakı yeni tendensiyalar ətrafında fikir mübadiləsi aparıldı.

Konfrans iştirakçıları həmçinin məşqçilərin, klub rəhbərlərinin və aparıcı futbolçuların komanda daxilində görünməyən liderlik rollarını, region ölkələrində futbolun inkişaf perspektivlərini və klublarla federasiyalar arasında əməkdaşlıq imkanlarını dəyərləndirdilər.

Bu konteksdə suallarımızı cavablandıran E.Bıyıklı tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edib ki, o, “Football Conference Baku” sayəsində yeni maraqlı məlumatlarla tanış olub, biliklərini bir qədər də artırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti