Yüksək liqaya gələn klubda ilk ayrılıq

9 İyun 16:40 Hadisə 983
Yüksək liqaya gələn klubda ilk ayrılıq

Premyer Liqaya vəsiqə qazanan “Şəfa” “qaynayır”.

Yeni baş məşqçi Zaur Həşimovu ictimaiyyətə təqdim edən paytaxt təmsilçisi yeni transferlərlə gündəmə gəlməkdədir.

Hələ ki, Rauf Hüseynli və Nicat Mehbalıyevlə münasibətləri rəsmiləşdirən elitanın debütantı yaxın günlərdə daha bir neçə futbolçunun keçidini həll edəcək.

Gələnlərlə yanaşı, gedənlərin olacağı da sirr deyil. Artıq ilk ayrılıq baş tutub.

“Şəfa” Vüqar Həsənovla yollarını ayırıb.

28 yaşlı mərkəz müdafiəçisi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Vaxtilə “Qəbələ”, “Neftçi”, “Səbail” kimi komandaların formasını geyinmiş Həsənov Premyer Liqa təmsilçiləri ilə danışıq aparır.

Hələ ki, təkliflərin arasında ən real görünəni “İmişli”dir.

“Şəfa”nın Emin Zamanovla da yola davam etməyəcəyi böyük ölçüdə dəqiqləşib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?