Bu yay ikinci transfer əməliyyatını rəsmiləşdirdilər - FOTOLAR

9 İyun 12:40 Hadisə 884
Bu yay ikinci transfer əməliyyatını rəsmiləşdirdilər - FOTOLAR

Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “Şəfa” yay transfer pəncərəsində ikinci transferini reallaşdırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyev heyətə cəlb edilib.

Onunla 1 illik müqavilə imzalanıb.

Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan kubokunun qalibi olub.

25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.

"Şəfa" ötən gün müdafiəçi Rauf Hüseynlinin də transferini açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!