“Təkliflərim var, indi Azərbaycandan mənə dedilər ki, gözləyin”

8 İyun 13:20 Hadisə 932
“Təkliflərim var, indi Azərbaycandan mənə dedilər ki, gözləyin”

Ukraynalı məşqçi Yuri Maksimov Azərbaycandan təklif aldığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, vaxtilə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırmış mütəxəssis bu barədə yerli “Tribuna” nəşrinə müsahibəsində deyib.

O, hazırda işsiz olduğunu və bir neçə ölkədən təklif aldığını bildirib: “Təkliflər var idi – Azərbaycandan, Qazaxıstandan və Sloveniyadan. Amma hələlik heç nə dəqiqləşməyib”.

57 yaşlı məşqçi Azərbaycana qayıtmaq ehtimalına da toxunub: “İndi isə Azərbaycandan mənə dedilər ki, gözləyin”, - deyə o qeyd edib.

Yuri Maksimov 2017-2018-ci illərdə “Keşlə”nin baş məşqçisi olub və komandanı Azərbaycan Kubokunun qalibi edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?