Premyer Liqanın köhnə-yeni iştirakçısı eks “Qarabağ”lını “rənglərinə bağladı” - FOTOLAR

8 İyun 12:40 Hadisə 983
Premyer Liqanın köhnə-yeni iştirakçısı eks “Qarabağ”lını “rənglərinə bağladı” - FOTOLAR

Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “Şəfa” yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?