"QOLAT Sport Service" tanınmış futbol adamlarını Bakıda bir araya gətirdi - VİDEO+FOTOREPORTAJ

15:15 Hadisə 167
"QOLAT Sport Service" tanınmış futbol adamlarını Bakıda bir araya gətirdi - VİDEO+FOTOREPORTAJ

“QOLAT Sport Services & Football Agency”nin təşkilatçılığı ilə keçirilən “Football Conference Baku” futbol sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən peşəkarları, klub nümayəndələrini, məşqçiləri, idman menecerlərini, marketinq mütəxəssislərini və futbolsevərləri bir araya gətirən mühüm platformadır.

Konfransın əsas məqsədi futbolun inkişafına töhfə vermək, beynəlxalq təcrübələri bölüşmək, yeni əməkdaşlıq imkanları yaratmaq və futbol idarəçiliyi sahəsində müasir yanaşmaları müzakirə etməkdir.

Tədbir iştirakçılara futbol sənayesindəki son tendensiyalar, innovativ həllər və uğurlu layihələr haqqında məlumat əldə etmək imkanı yaradır.

“Football Conference Baku” çərçivəsində iştirakçılar futbol idarəçiliyi, marketinq və kommunikasiya, gənc futbolçuların inkişafı, sponsorluq münasibətləri, rəqəmsal transformasiya, azarkeş təcrübəsi və digər aktual mövzular üzrə keçiriləcək panel müzakirələri və sessiyalarda iştirak edəcəklər.

Konfrans futbol ekosisteminin bütün iştirakçıları arasında bilik mübadiləsini gücləndirməyi, yeni ideyaların formalaşmasına şərait yaratmağı və ölkədə futbolun davamlı inkişafına dəstək verməyi hədəfləyir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...