“Həmin iddialar kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır”

6 İyun 08:10 Hadisə 471
“Həmin iddialar kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır”

“5 iyun 2026-cı il tarixində “middleeasteye.net” və “haaretz.com” informasiya resurslarında yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır”.

Bu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada qeyd edilib.

Bildirilir ki, həmin iddialar beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?