Beynəlxalq axtarışa verilən bakılı dünya çempionu nədə İTTİHAM OLUNUR?

02:50 Hadisə 96
Beynəlxalq axtarışa verilən bakılı dünya çempionu nədə İTTİHAM OLUNUR?

Rusiya hüquq-mühafizə orqanları şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovu beynəlxalq axtarışa verib.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat müvafiq rəsmi sənədlərdə yer alıb.

Uzun müddətdir Rusiyadan kənarda yaşayan Kasparov Moskva tərəfindən müxtəlif cinayət işləri, o cümlədən "xarici agent" qanunvericiliyini pozma və "arzuedilməz təşkilat" yaratma ittihamları ilə təqib olunur.

O, uzun illərdir ki, Rusiya hakimiyyətinə qarşı kəskin müxalif mövqeyi və radikal siyasi bəyanatları ilə tanınır, xaricdə yaradılan müxtəlif müxalif platformaların və "Azad Rusiya Forumu"nun rəhbər heyətində yer alır.

Şahmat əfsanəsi Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub. O, 1985-cü ildə Anatoli Karpovu məğlub edərək şahmat tarixinin 13-cü dünya çempionu adını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti