"SKA-Xabarovsk"un yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sergey Yuran çalışdıracaq.
56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Rusiyalı çalışdırıcı 2020 və 2022-ci illərdə də "SKA-Xabarovsk"un baş məşqçisi olub.
S.Yuran 2011/12-ci mövsümündə Azərbaycanda “Simurq”u çalışdırıb.

