Qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Kurs Bakıda, Milli Komandaların Təlim-Məşq Mərkəzində gerçəkləşib.
Üç gün davam edən məşğələlərə təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovalyov rəhbərlik ediblər.

