“Səhv qərarlar buna mane oldu”

21:10 Hadisə 96
“Səhv qərarlar buna mane oldu”

"Karvan-Yevlax" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzub.

Sportinfi.az xəbər verir ki, qonaqların baş məşqçisi Füzuli Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürdük ki, ən azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- İkinci qolu vurmaq üçün çatmadı?

- "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu.

- Kayl Spensin əvəzlənməsinin səbəbi nədir?

- Onda bir az yorğunluq hiss elədim.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti