“İmişli” və “Kəpəz” - Hərəyə 700 manat ödəməli olacaqlar

13 Mart 03:20 Hadisə 527
“İmişli” və “Kəpəz” - Hərəyə 700 manat ödəməli olacaqlar

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şamaxı” – “İmişli” oyununda “İmişli”də 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.

“Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandası 15000 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!