Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsində yenə dəyişiklik olub.
Sportinfo.az prosport.az-a istinadən xəbər verir ki, ötən il martın 19-da baş katib təyin olunmuş, martın 26-dan isə bu vəzifəni icra etməyə başlamış Fatimə Şəfizadə postunu tərk edib.
Sözügedən posta isə yenidən Nurlana Məmmədzadə təyin edilib. Bu onun bu federasiyaya 2-ci qayıdışıdır.
N.Məmmədzadənin daha əvvəl gənclər və idman naziri müavini vəzifəsinə təyin olunacağı gözlənilirdi. O tez-tez Gənclər və İdman Nazirliyinin tədbirlərində qeyri-rəsmi işçi kimi iştirak edirdi.
Nurlana Məmmədzadə ilk dəfə Gimnastika Federasiyasında 2017-ci ilin dekabrından indiki gənclər və idman naziri Fərid Qayıbovu bu postda əvəzləyərək baş katib işləməyə başlayıb.
O, ötən ilin fevralın 21-də vəzifəsindən ayrılıb

