“Bu problemi yoluna qoysaq, yaxşı işlər görə bilərik“

12 Mart 23:40 Hadisə 281
“Bu problemi yoluna qoysaq, yaxşı işlər görə bilərik“

“Əslində, yaxşı kollektivə sahibik və bunu bir çox oyunlarda göstərmişik“.

“Karvan”ın yarımmüdafiəçisi Kayt Spens Sportinfo.az-a açıqlamasında belə deyb.

Cari mövsümdən karyerasını ölkəmizdə davam etdirən ingiltərəli legioner Yevlax təmsilçisinin Premyer Liqada qalacağına ümidini itirmədiyini bildirib:

“Mən komandamızın gücünə əsaslanıram. “Turan Tovuz” kimi rəqibə yeganə qolla məğlub olduq,

“Neftçi”yə son saniyə qolu ilə uduzduq, “Araz-Naxçıvan”la qarşılaşmada fərdi səhvlərimizə görə məğlub olduq.

Dediyim kimi, bitiriciliklə bağlı problemi yoluna qoysaq, yaxşı işlər görə bilərik.

Komandamızın potensialına güvənərək uğurlu nəticələr qazanacağımıza inanıram“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!