AFFA-nın Təlim Mərkəzində UEFA-nın C kateqoriyalı proqramı çərçivəsində məşqçilər üçün imtahanlara hazırlıq seminarı keçirilib.
Seminara qatılan 20-yə yaxın şəxsin arasında böyük əksəriyyətinin vaxtilə peşəkar futbolla məşğul olması anlaşılandır.
Lakin Premyer Liqada mübarizə aparan klubun rəhbər adamının məşqçilər üçün nəzərdə tutulmuş kateqoriyaya sahiblənmək həvəsi...
Bəli, “İmişli”nin prezidenti Kamran Eyyubov seminara qatılanlar arasında görüntülənib.
Şəkildə əyləşənlər arasında sağ tərəfdən ikinci, “İmişli”nin ağ rəngli formasında olan məhz Eyyubovdur.
Futbola xüsusi həvəs göstərən funksioner hələ ki, gələcəkdə məşqçi kimi işləmək barədə düşünmür.
Onun niyyəti futbolun və məşqçiliyin sirlərinə dərindən bələd olmaqdır. Ki, gələcəkdə futbolçu seçimləri, yaxud komandasının oyun quruculuğu, taktiki gedişlər zamanı işin içində olsun, məşqçilərlə məsləhətləşmələrdə yaxından iştirak etsin.
Kim bilir, bəlkə də günlərin birində “İmişli”nin məşqçi-prezidenti olmaqla Premyer Liqa tarixində ilkə imza atacaq.
HƏBİB / SPORTİNFO.AZ


