“Karvan-Yevlax” rəhbərliyi futbolçuları mükafatlandırıb.
Əldə etdiyimiz məlumata görə, əsas heyətdə meydana çıxan futbolçuların hər birinə 1000 manat veriləcək.
Həvəsləndirici pul “Qəbələ” ilə səfər heç-heçəsinə görə nəzərdə tutulub.
Əslində, vacib oyunda qazanılan 1 xala görə rəhbərliyin səxavətli davranmasına az rast gəlməmişik.
Lakin burada söhbət turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və 3 xala hava-su qədər ehtiyac duyan komandadan gedirsə, verilən qərara təəccüblənməmək olmur.
Yevlax təmsilçisi Qəbələ səfərində hesabı açan tərəf olub, qələbə hesabını qoruya bilməyib, bu azmış kimi, ikinci hissədə Pedro Mateuş komandasını 3 dəfə 100 fauzlik qol imkanlarından xilas edib.
Yekun nəticədə bölgə təmsilçisi əsas rəqiblərindən biri üzərində qələbə qazana bilməyərək üst pillələrdəki rəqibləriylə xal fərqini azaltmayıb.
Və 1:1-ə görə mükafat nəzərdə tutulub.
Sabah iddialı rəqiblərə məğlubiyyətə görə pul paylasalar, təəccüblənmərik.
SPORTİNFO.AZ

