“Real Madrid”in ulduzu Kilian Mbappe rəsmi olaraq sürücülük vəsiqəsini alıb.
Sportinfo.az xəbər verir ki, bu haqda “Marca” yazır.
Belə ki, ötən gün o, ilk dəfə sükan arxasında görünüb.
Nəşrin məlumatına görə, fransız futbolçunun getdiyi məktəb qısa müddətdə marağa səbəb olub.
Belə ki, sözügedən kursa bir çox zənglər və elektron məktublar göndərilib. Həmçinin Mbappe fanatları imzalı forma üçün ora yığışıb.


