Üç tanınmış keçmiş FİFA referisi AFFA-dakı işini itirib.
Bu barədə federasiyadan saytımıza məlumat verilib.
Bildirilib ki, Anar Salmanov, Babək Quliyev və Vüsal Əliyev artıq qurumun işçisi deyil.
Onlarla bağlı qərar Rəhim Həsənova məxsusdur. Hakimlər Komitəsinin yeni sədri adları çəkilən şəxslərlə daha bir yerdə çalışmaq istəməməsi barədə rəhbərliyə raport təqdim edib.
Odur ki, hər üç fiqurun komitədə fəaliyyət dövrü başa çatıb, müqavilələri yenilənməyib.
Həsənov vəzifəsi ilə vidalaşanların yerini gənclərlə doldurmağı lazım bilib.
SPORTİNFO.AZ

