18 yaşlı hücumçunun Premyer Liqaya yolu açıldı - FOTOLAR

02:00 Hadisə 85
18 yaşlı hücumçunun Premyer Liqaya yolu açıldı - FOTOLAR

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Nazim Hüseynovu sıralarına qatıb. 18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb.

Bildirilib ki, Nazim Hüseynov əsasən 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir. Yaradıcı oyun üslubu, texnikası və meydanda qərarvermə bacarığı ilə seçilən futbolçu hücum xəttində komandaya əlavə imkanlar qazandırmağı hədəfləyir.

Gənc futbolçu ölkə futbolunun aparıcı akademiyalarında formalaşıb. Nazim son olaraq “Qəbələ”nin formasını geyinib.

"İmişli" bunadək Dioqo Kardozunu transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!