Səudiyyə Ərəbistanı küçələrində Ronaldonu ələ saldılar - FOTO

5 Fevral 00:00 Hadisə 551
Səudiyyə Ərəbistanı küçələrində Ronaldonu ələ saldılar - FOTO

Səudiyyə Ərəbistanının bəzi küçələrində “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun “itkin düşmüş şəxs” kimi posterləri peyda olub.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, posterin altında “Ailəsi onu axtararkən təsəllisiz ağlamağa məcbur olan 40 yaşlı bir kişi” sözləri yazılıb.

Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini ləğv etməyi düşündüyü barədə məlumatlar yayılıb. O, 2023-cü ildən bəri “Əl-Nəsr”də oynayır və klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

“Transfermarkt” portalı hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM