Sevgilisinin elə videosunu paylaşdı ki... VİDEO

1 Yanvar 02:40 Hadisə 718
Sevgilisinin elə videosunu paylaşdı ki... VİDEO

“Real”ın ulduzu Vinisius Junior və influenser Virciniya Fonseka münasibətlərinin yenidən bərpa olunmasından bir ay keçməsini qeyd ediblər.

Sportinfo.az xəbər verir ki, Vinisius sosial şəbəkədə sevgilisinin onun qarşısında rəqs etdiyi videonu paylaşıb.

“Sevgilimə mən işlədiyim müddətdə nələr öyrəndiyini göstərir”, – deyə ulduz futbolçu qeyd edib.

Oktyabrın əvvəlində “Real”ın vingeri ilə Fonsekanın ayrıldığı məlum olmuşdu.

Buna səbəb braziliyalı futbolçunun model Dey Maqalyayşla yazışmalarının internetə sızması idi. Vinisius daha sonra üzr istəmişdi: “Möhtəşəm bir qadını məyus etdim. Hər şeyi yenidən başlamaq istəyirəm”.

Fonseka ona ikinci şans verə biləcəyini bildirmişdi və cütlük yenidən bir araya gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"