Elita futbolçuları Şirvanda uşaq sığınacağını ziyarət etdi

31 Dekabr 2025 18:10 Hadisə 493
Elita futbolçuları Şirvanda uşaq sığınacağını ziyarət etdi

“İmişli”nin futbolçuları Şirvan şəhərində yerləşən “Mərhəmət Evi” Uşaq Sığınacaq Mərkəzini ziyarət edib.

Bu haqda Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Yeni il ərəfəsində baş tutan bu xeyriyyə səfərinin əsas məqsədi sığınacaqda yaşayan uşaqlara bayram sevinci bəxş etmək olub.

Ziyarət zamanı klub nümayəndələri uşaqlarla yaxından ünsiyyət qurub, onlara Yeni il münasibətilə hədiyyələr təqdim edib. Səmimi və isti atmosferdə keçən görüş uşaqların sevincinə səbəb olub, onların üzündə təbəssüm yaradıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...