Rafaelin rəqibi 8,6 milyon dollarlıq təklifdən imtina etdi - Dini inancına görə

31 Dekabr 2025 02:50 Hadisə 906
Rafaelin rəqibi 8,6 milyon dollarlıq təklifdən imtina etdi - Dini inancına görə

UFC döyüşçüsü Maurisio Ruffi dini inanclarına görə bukmeker kontorlarının milyonluq təklifindən imtina edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı idmançıya tərəfdaşlıq müqabilində 8,6 milyon dollar təklif olunub.

Lakin müqavilənin əsas şərti Ruffinin oktaqonda Tanrı haqqında danışmaması olub. 32 yaşlı döyüşçü bu şərti qəbul etməyərək bildirib:

“İnancımdan imtina etmək prinsiplərimə xəyanət olardı. Mən buna hazır deyiləm, çünki inancım mənə daxili hüzur verir”.

12 qələbəsi və 2 məğlubiyyəti olan Ruffi növbəti döyüşünü fevralın 1-də UFC 325 turniri çərçivəsində azərbaycanlı Rafael Fiziyevə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"