Tanınmış klub Bakıda futbol məktəbi açdı, rəhbəri də görün kimdir - VİDEO

30 Dekabr 23:40 Hadisə 254
Tanınmış klub Bakıda futbol məktəbi açdı, rəhbəri də görün kimdir - VİDEO

Rusiyanın məşhur klubu Moskva “Dinamo”sunun futbol məktəbi Bakıda fəaliyyət göstərəcək.

Bu barədə paytaxt klubunun futbol akademiyasının rəhbəri Aleksandr Kuznetsov “Dinamo”nun sosial şəbəkə hesabında anons verib.

Vaxtilə “Neftçi”nin uğurları üçün tər tökmüş Yuri Kuznetsovun oğlu olan kiçik Kuznetsov bu barədə danışıb:

“Salam, əziz bakılılar.

Mən sizin həmyerliniz Aleksand Yuryeviç Kuznetsov, “Dinamo” akademiyasının direktoruyam.

Bakıda nəhayət ki, “Dinamo”nun futbol məktəbi açıldı. Bu, mənim üçün çox şərəfli və sevindirici hadisədir.

Bu hadisə mənim üçün ona görə önəmlidir ki, atam Yuri Kuznetsov Bakıda anadan olub, uzun illər “Neftçi”də oynayıb. Hətta mən özüm da Bakıda dünyaya gəlmişəm.

Atam sonradan “Dinamo”da çıxış edib, özüm hazırda bu klubda işləyirəm. Ona görə də Azərbaycanla “Dinamo” arasındakı əlaqələr uzun müddətli və möhkəmdir.

Ona görə də bundan sonra Bakıda “Dinamo”nun üzvü olacaq hər bir futbolçuya uğurlar arzulayıram. Mən özüm də prosesləri mütəmadi izləyəcəyəm.

Azərbaycanlı futbolçular təcrübə üçün bura gələcək, məşqçilərimiz isə onların inkişafı üçün əllərindən gələni edəcəklər”.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
30 Dekabr 17:50 Çək və bizə göndər!