Çempionatda yaranmış fasilədən hərə bir cür yararlanmağa çalışır.
Böyük əksəriyyət ailəsi və ya sevgilisi ilə istirahətə üstünlük verir. Çoxluq Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollansa da, Kipr, Yunanıstan, İspaniya kimi ölkələrin yolunu tutanlar da az deyil.
Lakin elə futbolçular da var ki, istirahət dönəmini dini ziyraətlərə həsr edir. “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev də belələrindəndir.
33 yaşlı müdafiəçi mövsümün ilk yarısı başa çatan kimi Ümrə ziyarətinə yollanıb.
Məkkə və Mədinə şəhərlərində olan Əliyev Məkkəni təvaf edib, Səfa və Mərvə təpələri arasında qaçıb.
HƏBİB / SPORTİNFO.AZ

