“Araz-Naxçıvan”ın qapıçısını 4 dəfə məyus etdi - İsraillilər

04:20 Hadisə 113
“Araz-Naxçıvan”ın qapıçısını 4 dəfə məyus etdi - İsraillilər

DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, İ qrupunda yer alan Moldova millisi öz meydanında İsraillə qarşılaşıb.

Moldova millisinə dəvət alan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram da bu görüşün iştirakçısı olub.

Meydana start heyətində çıxan 31 yaşlı qolkiper görüşü əvəzolunmadan keçirib.

Matç İsrail yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Avram 15, 35, 59 və 77-ci dəqiqələrdə qapısında qol görüb.

Seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətini alan Moldova millisi qrupda sonuncudur. Xallarının sayını 9-a çatdıran İsrail yığması isə hazırda ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR