“Qarabağ”ın legionerini “Yuventus”lu əvəzlədi, “Neftçi”dən gələn isə…

04:10 Hadisə 139
“Qarabağ”ın legionerini “Yuventus”lu əvəzlədi, “Neftçi”dən gələn isə…

DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, L qrupunda yer alan Monteneqro millisi öz meydanında Çexiyanı qəbul edib.

“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 70-ci dəqiqədə “Yuventus”lu Vasilije Adziçlə əvəzlənib.

Monteneqro yığmasına dəvət alan “Neftçi”nin üzvü Ervin Kuç isə qarşılaşmanı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Görüş Çexiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

4-cü görüşdə ikinci məğlubiyyətini alan Monteneqro 6 xalla qrupda üçüncüdür. 5 matçdan sonra 12 xalı olan Çexiya isə qrup lideridir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 08:50 "Qarabağ" üçün FOTOLAR