Sevgilisini döyən tanınmış azərbaycanlı idmançı azadlıqdan məhrum edildi - Rusiyada

3 Sentyabr 2025 01:10 Hadisə 848
Sevgilisini döyən tanınmış azərbaycanlı idmançı azadlıqdan məhrum edildi - Rusiyada

Azərbaycanlı peşəkar döyüşçü Cəbrayıl Əliyev Rusiyada sevgilisini döyərək öldürməklə hədələdiyi üçün 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, idmançı məhkəmənin qərarı ilə “mənəvi zərərə görə” rusiyalı qadının xeyrinə 500 min rubl ödəməli olacaq.

İddiaya görə, guya C.Əliyev ötən il iyulun 27-də Moskvada yerləşən binanın 4-5-ci mərtəbələri arasındakı pilləkəndə heç bir səbəb olmadan qadını itələyərək divara çırpıb. Sonra ən azı iki dəfə onun başına “vurub” və “öldürməklə” hədələyib.

Cəbrayıl Əliyev peşəkar idmançı, MMA döyüşçüsüdür, yumruq döyüşləri üzrə ixtisaslaşmış “Hardcore Fighting” təşkilatının turnirlərində iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi