Premyer Liqa komandasında söz-söhbət düşdü - 500 manatın üstündə

2 Sentyabr 2025 17:00 Hadisə 1 159
Premyer Liqa komandasında söz-söhbət düşdü - 500 manatın üstündə

Premyer Liqanın ikinci turunda qazanılan ilk qələbə «Karvan»da narazılıq yaradıb.

Qəbələdə «Kəpəz»i 3:2 hesabıyla üstələyən Yevlax təmsilçisinin düşərgəsində gərginlik əmələ gəlib.

Buna səbəb rəhbərliyin mükafat bölgüsüdür. Belə ki, «sarvanlar» oyunçular arasında fərq qoyub.

Əsas heyətdə meydana çıxanların hər birinə 500 manat ödənilibsə, ehtiyatda qalanlara cəmi 100 manat verilib. Forma şansı qazanmayanlar bu addıma etiraz etsə də, onların sözünə məhəl qoyan olmayıb.

13 illik fasilədən sonra elitaya qayıtmış «Karvan» ilk 3 turda 4 xal toplayıb. «Kəpəz»i udduqları halda, «Qəbələ» ilə 1:1 ediblər, «Qarabağ»a 0:2 hesabıyla yeniliblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi