"Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndələri..."

08:10 Hadisə 114
"Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndələri..."

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Kreml rəhbəri ilə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünü şərh edib.

İki ölkə lideri Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşüblər.

Y. Uşakov onların ətraflı söhbət etdiklərini bildirib və vurğulayıb ki, görüş zamanı Rusiya ilə ABŞ arasında son təmasları müzakirə olunub.

Görüşdə Putin Ermənistanın baş naziri ilə “söhbətə şad olduğunu” bildirib, çünki müzakirə ediləsi bir çox “ikitərəfli və regional” məsələlər toplanıb.

Y.Uşakov o məqama da toxunub ki, V.Putin Azərbaycan Prezidenti İlham Əliyevlə hələ danışmayıb, lakin Rusiya və Azərbaycan nümayəndə heyətlərinin üzvləri artıq əlaqə saxlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 09:00 Bu rayonda futbol olacaq?