
Sosial şəbəkə fenomeni Şeyma Subaşı model sevgilisi Marlon Teyşeyradan ayrılıb.
Sportinfo.az xəbər verir ki, cütlük sosial media hesablarında bir-birilərini izləmədən çıxarıblar.
Şeyma "TV 8" kanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşıdır.
O, daha sonra misirli Mohammed Alsaloussi ilə 2023-cü ilin mayında ailə qurub. Onlar üç gün, üç gecə toy ediblər. Qısa zaman sonra isə cütlük boşanıb.
Şeymanın daha sonra futbolçu Barış Alper Yılmazla eşq yaşadığı iddia edilmişdi.