AFFA sumqayılı uşaqların xahişini yerinə yetirdi - XOŞ HADİSƏ

30 Avqust 2025 04:20 Hadisə 342
AFFA sumqayılı uşaqların xahişini yerinə yetirdi - XOŞ HADİSƏ

Bir müddət əvvəl Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yaşayan azyaşlı uşaqların sosial şəbəkələrdə yayılan videomüraciətindən sonra AFFA tərəfindən onların futbol oynadığı ərazidə şəraitin yaxşılaşdırılması istiqamətində addım atılıb.

Sportinfo.az xəbər verir ki, qəsəbə sakinlərinin istifadəsi üçün minifutbol qapıları quraşdırılıb, uşaqlara oyun formaları, jiletlər, futbol topları və digər zəruri idman ləvazimatları təqdim olunub.

Tədbirdə iştirak edən AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov azyaşlı futbolsevərlərlə görüşərək onlara uğurlar arzulayıb.

O, həmçinin vurğulayıb ki, futbolun kütləviliyinin təmin olunması və uşaqların sağlam həyat tərzinə yönləndirilməsi AFFA-nın daim diqqət mərkəzindədir və bu kimi layihələr gələcəkdə də davam etdiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi