Portuqaliyanın II Liqasından Premyer Liqamıza - RƏSMİ TRANSFER

27 Avqust 2025 00:40 Hadisə 1 039
Portuqaliyanın II Liqasından Premyer Liqamıza - RƏSMİ TRANSFER

"İmişli" sıralarına daha bir futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi kolumbiyalı müdafiəçi Edvin Bangera ilə 2 illik müqavilə imzalayıb.

29 yaşlı futbolçu Portuqaliyanın II Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.

Sol cinah müdafiəçisi indiyədək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.

"İmişli" bunadək Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli Quliyevi, Ezekiel Morqan, Nikola Karaklayiç, Luiz Fernando Silvestr Junioru, Yav Mozes, Tuncay Yusifli, Dioqo Almeyda və Xəlil Mürsəllini heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi