Yenə Musayevə sataşdı: “Hər şey əlaqələr, tanışlıq və başqa şeylərdən asılıdır”

1 İyun 2025 02:00 Hadisə 710
Yenə Musayevə sataşdı: “Hər şey əlaqələr, tanışlıq və başqa şeylərdən asılıdır”

"Rusiya futbolunda hər şey əlaqələr, tanışlıq və başqa şeylərdən asılıdır".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Mostovoy "Krasnodar"ın baş məşqçisi Murad Musayevlə bağlı danışarkən deyib.

57 yaşlı keçmiş yarımmüdafiəçi Rusiya Premyer Liqasında qalibiyyət qazanan Musayevin bəxt sayəsində "Krasnodar"ın baş məşqçisi olduğunu söyləyib:

"Əlbəttə, onun bəxti gətirib ki, bu komandaya düşüb, vəssalam. Özü də bu barədə dəfələrlə danışıb. Bir çox insan "Musayev, bu kimdir?" deyirdi. Onların yarısı onun kim olduğunu belə, bilmir".

Mostovoy Musayevlə bağlı dediyi fikirlərin dəyişmədiyini vurğulayıb: "Amma çempion olan komandaya münasibətim dəyişdi. “Krasnodar” yaxşı oyunçu seçimi olan güclü komandadır və təbii ki, əsas fiqur Con Kordobadır".

Veteran futbolçu Musayevin futbol adamı olmadığını deyib: "Eynilə mənim kimi. Özüm də basketbol oynamamışamsa, basketbolçu olmayacağam. Baxmayaraq ki, yaxşı oynayırdım".

"Krasnodar" Murad Musayevin rəhbərliyi altında tarixində ilk dəfə Rusiya Premyer Liqasının qalibi olub.

42 yaşlı mütəxəssis 2021-ci il oktyabrın 30-dan 2024-cü il yanvarın 30-dək "Sabah"ın baş məşqçisi olub. Onun rəhbərliyi altında klub 2022/2023 mövsümünü gümüş medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi