Məşhur futbol adamının ailəsini parçalayan gəlin - FOTOLAR

1 İyun 02:40 Hadisə 563
Məşhur futbol adamının ailəsini parçalayan gəlin - FOTOLAR

Uşaq vaxtlarında Bruklin Bekhem anası Viktoriyanın "dayağı" olub.

O, valideynləri - Devid və Viktoriya Bekhem ailə münasibətlərində çətin dövr keçirərkən "evin kişisi" rolunu öz üzərinə götürüb.

Sportinfo.az xəbər verir ki, "Daily Mail" jurnalisti Keyti Haynd bu barədə "YouTube" platformasında yayımlanan "Beckham Breakdown: Inside the Family Feud" (Bekhemlər ailəsinin münaqişəsi: Daxili parçalanma) verilişinin yeni buraxılışında danışıb.

Onun sözlərinə görə, Viktoriyanın Bruklinə bağlılığı xüsusilə onun gələcək həyat yoldaşı, milyarder ailəsindən olan aktrisa Nikola Peltz ilə tanışlığından əvvəlki dövrdə daha güclü olub.

The Beckhams kick off 2020 with family snap from countryside retreat |  London Evening Standard | The Standard

“O, hər yerdə Bruklinlə olurdu. 2013-cü ildə ‘Glamour’ mükafatlarına onu özü ilə aparmışdı və onu səhnədə zalda olan ən yaraşıqlı kişi adlandırmışdı. Bruklin o dövrdə, Devid daim səfərlərdə olarkən və onların evliliyi çətinliklər yaşayarkən, həqiqətən də onun üçün dayaq və ailənin başçısı olmuşdu”, – deyə Haynd bildirib.

Sonradan Bekhemlər münasibətlərdəki çətinliklər barədə açıq danışmağa başladılar, o cümlədən “Netflix” platformasında yayımlanan "Beckham" sənədli filmində. Bütün bunlara baxmayaraq, cütlük evliliyini qorumağı bacardı.

Lakin 2019-cu ildə vəziyyət dəyişdi. Bruklin Leonardo Di Kaprionun təşkil etdiyi bir məclisdə Nikola Peltz ilə tanış oldu və 2022-ci ildə cütlük təmtəraqlı toy mərasimi keçirdi. Artıq 2025-ci ildə məlum oldu ki, Peltz-Bekhem cütlüyü ilə Bekhemlərin qalan üzvləri arasında gərginlik yaşanır. Münaqişənin kulminasiyası Devidin 50 illik yubileyində Bruklin və Nikolanın iştirak etməməsi oldu.

Bekhemlər ailəsindəki bu narazılıq uzun müddət ictimaiyyətdən gizlədilib. Amma Bruklin son müsahibələrinin birində bacısı Harperə verdiyi tövsiyə ilə sanki ailədən uzaq durduğunu büruzə verib: “Ona deyirəm: sevdiyini tap və diqqətini ona yönəlt. Ətrafındakıların dediklərinə fikir vermə”.

Nicola Peltz and Brooklyn Beckham's Relationship Timeline

Bir neçə gün öncə isə Bruklin tərəfini açıq şəkildə bəlli edib. O, "Instagram"da həyat yoldaşı Nikola üçün belə bir mesaj paylaşıb: “Mən həmişə səni seçirəm, canım. Sən dünyanın ən gözəl insanısan. Biz əbədi birlikdəyik”.

"Daily Mail"in yazdığına görə, Devid və Viktoriya artıq böyük oğullarının ailədən uzaqlaşması ilə barışıblar. Bruklin və həyat yoldaşı Londona gəlsələr də, atalarının yubiley tədbirlərinin heç birində iştirak etməyiblər: nə Kotsvoldsdakı evdəki məclisə, nə Fransaya səyahətə, nə də Nottinq-Hilldəki "Core" restoranında keçirilən şam yeməyinə qatılıblar.

Üstəlik, cütlük London səfəri barədə ailəyə heç bir məlumat verməyib, baxmayaraq ki, "Moncler" brendi üçün fotoseans keçirdikləri məkan Bekhemlərin Holland-Parkdakı evindən cəmi bir neçə kilometr məsafədə yerləşib.

Bu vəziyyət xüsusilə ailənin kiçik qızı Harper üçün ağır ola bilər. O, iyul ayında 14 yaşını qeyd edəcək. Bruklin və Nikola ilə əvvəllər çox yaxın olub.

Cütlük onu tez-tez “kiçik bacı” adlandırır və birgə fotolar paylaşırdı. İndi isə sual açıq qalır: böyük qardaş onun ad gününə gələcəkmi?

Inside David and Victoria Beckham's 'very deep tension' with Brooklyn's  wife Nicola Peltz

Digər Xəbərlər
Xəbər Lenti