
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan və İngiltərə komandaları arasında minifutbol üzrə dünya çempionatının 1/4 final oyunu keçirilib - 2:1.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında dövlət rəsmiləri də olub.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, “AzərEnerji”nin sədri Baba Rzayev birlikdə izləyib.
Həmin görüntüləri təqdim edirik: