Deyirlər, onu komandadan göndərməklə səhv edirsiz, müqaviləsini uzadın!

31 May 2025 02:00 Hadisə 1 203
Deyirlər, onu komandadan göndərməklə səhv edirsiz, müqaviləsini uzadın!

Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarovun Almaniyanın “Offenbax” klubundan ayrılması yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsinin yenilənməməsi Regionalliqa təmsilçisinin fanatlarının narazılığına səbəb olub.

Yerli azarkeşlərin fikrincə, Nazarov yaşı çox olmasına baxmayaraq, komandanın ən faydalı oyunçusudur.

Təsadüfi deyil ki, 35 yaşlı orta sahə oyunçusu geridə qalan mövsümdə 15 qolla komandanın bombardiri olub.

“Offenbax” azarkeşləri rəhbərliyin fikrini dəyişməsi və Nazarovla yeni sözləşmənin imzalanması üçün kluba təzyiq göstərir.

Maraqlıdır ki, oyunçu özü də açıqlamasında daha bir il qalmaq istəyində olduğunu gizlətməyib.

Dimitri Nazarov “Offenbax”a 2023-cü ilin yayında “Aue”dən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi