
“Çelsi”nin futbolçusu Mıxail Mudrik dopinq testində müsbət nəticəyə görə oyunlardan müvəqqəti uzaqlaşdırılsa da, UEFA Konfrans Liqasının finalında iştirak edib və qalib kimi medalını alıb.
Final oyunu Polşanın Vrotslav şəhərində baş tutub. London təmsilçisi “Betis”ə qarşı 4:1 hesablı qələbə qazanaraq turnirin qalibi olub. Mudrik matçda iştirak etməsə də, komandasını dəstəkləmək üçün stadionda olub.
Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, azarkeşlərdən biri Mudrikə “bura niyə gəlmisən” sualını verib.
Onun cavabı isə sadə və inamlı olub:
“Medalımı almağa”.
Final fitindən sonra Mudrik komanda yoldaşları ilə birlikdə qələbəni qeyd edib. O, noyabrın 28-dən bəri meydanda görünmür, ancaq Konfrans Liqasının əvvəlki mərhələlərində 6 oyunda iştirak edib, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.