Orxan Məmmədov: “Oyundan qabaq demişdim kii...”

29 May 2025 14:20 Hadisə 821
Orxan Məmmədov: “Oyundan qabaq demişdim kii...”

“İnamımız var idi, çünki bu günə qədər komandamız əzm nümayiş etdirmişdi.

Oyundan qabaq demişdim ki, sakit olmaq lazımdır.

Rəqib dünya çempionu idi. Bununla belə, biz onlardan heç də geri qalmırdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının 1/8 finalında Rumıniya üzərində qazanılan qələbəni şərh edərkən deyib.

O, millimizin tarixi qələbə qazandığını vurğulayıb:

“Birinci hissədə komandada bir qədər gərginlik var idi. Lakin uşaqlar fasilədən sonra özlərinə gəldilər.

Xüsusilə penaltilərdə özünəinam yaranmışdı. Hesab edirəm ki, biz tarixi qələbə qazandıq.

Dünya çempionlarını məğlub etdik. Bununla belə, arxayınlaşmaq olmaz. Qarşıda bizi daha ciddi oyunlar gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi