İyunun əvvəlində klubun baş məşqçi postundan ayrılacaq

29 May 2025 08:20 Hadisə 2 307
İyunun əvvəlində klubun baş məşqçi postundan ayrılacaq

“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov hazırkı komandası “Vorskla”da da çox qalmayacaq.

Sportinfo.az xəbər verir ki, tez-tez iş yerini dəyişməklə diqqət çəkən 56 yaşlı mütəxəssis iyunun əvvəlində Ukrayna klubundan ayrılacaq.

Yerli mətbuatda yayılan məlumata görə, Maksimovla klub rəhbərliyi altında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.

Komanda bu gün və iyunun 1-də Premyer Liqada qalmaq uğrunda pley-off oyunları keçirəcək. “Kudrivka-Niva” ilə keçiriləcək matçların nəticəsindən asılı olmayaraq, çalışdırıcı komandanı tərk edəcək.

Maksimov “Vorskla”ya 7 ay əvvəl – 2024-cü ilin oktyabrında təyin olunub. O, 2017-2018 mövsümündə “Keşlə” ilə Azərbaycan kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi