Azərbaycanlı federasiya prezidenti niyə bıçaqlandı? – Olaydan sonra çəkilən VİDEO

29 May 00:30 Hadisə 1 100
Azərbaycanlı federasiya prezidenti niyə bıçaqlandı? – Olaydan sonra çəkilən VİDEO

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

Sportinfo.az xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.

Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.

A.Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.

Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.

Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb.

Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar.

Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti