Rəşad Sadıqov: “Fənərbaxça”dan təklif gəldi, qəbul etmədim” - VİDEO

28 May 13:40 Hadisə 1 712
Rəşad Sadıqov: “Fənərbaxça”dan təklif gəldi, qəbul etmədim” - VİDEO

“İdman TV”nin “Sportcast” verilişində qonaq olan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 2008-ci ildə İspaniyanın “Real Valyadolid” klubunda baxışda olduğu dönəmləri xatırlayıb.

Sportinfo.az xəbər verir ki, o, həmin müddəti fiasko adlandırıb:

“Mən ümumiyyətlə, hansısa kluba baxışa getmək istəməmişəm. “Fənərbaxça”dan da bir zamanlar belə təklif gəlmişdi, qəbul etməmişdim.

2008-ci ildə “Neftçi”dən göndərildim və əvəzedici komandada məşq edirdim. Menecerlər belə bir təklif irəli sürdü ki, “Real Valyadolid”in düşərgəsinə baxışa gedə bilərəm. Amma çox düşündüm.

Qurban Qurbanovla, Kaxaber Sxadadze ilə məsləhətləşdim. Sonra Ərtoğrul Sağlama zəng elədim və onun fikrini soruşdum.

Hamısı dedi ki, orada oynaya bilərsən, get. Menecer Kamil Məmmədovla ora yollandım.

Mən ispan dilini bilmirəm, amma klubda bizi görən idarəçilərin danışığından anladım ki, onlar bizi tanımır.

Rəhbərlikdən bir nəfər baxışa gəlməyimə razılaşıb, amma digərlərinin xəbəri yoxdur.

Sonra orda 1-2 gün fərdi məşq edib geri qayıtdım. Anekdot kimi hadisədir və hamının başına gələ bilər”.

Digər Xəbərlər
Xəbər Lenti